Təl-Əviv ətrafında İsrail hərbi kəşfiyyatının Qlilot bazasına raket zərbəsi endirilib
Livanın “Hizbullah” hərəkatının döyüşçüləri Təl-Əviv ətrafında İsrail hərbi kəşfiyyatının Qlilot bazasına raket zərbəsi endirib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
““İslam müqaviməti” döyüşçüləri Təl-Əviv ətrafında yerləşən “Military Intelligence 8200”ə məxsus Qlilot bazasına raket zərbəsi endiriblər”, - deyə məlumatda bildirilib.
Başqa bir məlumatda isə qeyd edilib ki, Livan ordusu Livan-İsrail sərhədindəki Miskafan qəsəbəsində İsrail ordusunun toplaşdığı yerə raket hücumu təşkil edib.