Hindistanın Baş naziri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunub

Dünya

09.07.2024 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

“Biz sizi bu payızda BRİKS sammitində Kazanda görməyə şad olarıq”

Rusiya Prezidenti Vladimir Putin ikitərəfli görüş zamanı Hindistanın Baş naziri Narendra Modini Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin Hindistan hökumətinin başçısına müraciət edərək, “biz sizi bu payızda BRİKS sammitində Kazanda görməyə şad olarıq”, deyib.

Bundan əvvəl Böyük Kreml sarayında Putin və Modi arasında danışıqlar başlayıb. Mərasimin əvvəlində Rusiya lideri qeyd edib ki, Rusiya ilə Hindistan arasında münasibətlər “xüsusi imtiyazlı strateji tərəfdaşlıq” xarakteri daşıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş