Hindistanda sağalmaz virus yayılıb

Dünya

25.01.2026 - 17:54

Səhiyyə orqanları peyvəndi və müalicəsi olmayan Nipah virusunun yayılması ilə mübarizə aparır

Hindistan səhiyyə orqanları "epidemiya potensialına" malik və peyvəndi və müalicəsi olmayan Nipah virusunun yayılması ilə mübarizə aparır. AYNA.AZ xəbər verir ki, bu barədə "The Metro" qəzeti məlumat yayıb.

Məqalədə ölkədə xəstəliyin beş halının aşkarlandığı bildirilib. Bu həftə bir həkim, bir tibb bacısı və bir səhiyyə işçisi virusa yoluxub.

Qəzet xəbər verir ki, "komada olan tibb bacısının ağır tənəffüs xəstəliyi olan bir xəstəni müalicə edərkən infeksiyaya yoluxduğu güman edilir".

Nəşr qeyd edib ki, hakimiyyət orqanları yoluxmuş şəxslərlə təmasda olan 180 nəfəri testdən keçirib və onlardan 20 nəfəri karantinə alıb.

Nipah virusu heyvanlar və insanlar arasında yayılır, eyni zamanda, insandan insana da ötürülə bilər. Hindistanda bir çox insan virusa yarasalardan yoluxub. İnsanlarda virus simptomsuz infeksiya və ya kəskin tənəffüs yolu xəstəliyi kimi özünü göstərə bilər.

Simptomlara qızdırma, baş ağrısı, əzələ ağrısı, qusma və boğaz ağrısı daxildir və ağır hallarda beyin iltihabı baş verə bilər ki, bu da iki gün ərzində komaya səbəb ola bilər.

Məlumatda vurğulanıb ki, virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən prioritet patogen (potensial olaraq epidemiyaya səbəb ola bilən) kimi təsnif edilib.

Ötən yay Çinin Yunnan əyalətinin Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlar üçün təhlükəli olan Nipah və Hendra virusları ilə genetik cəhətdən əlaqəli iki yeni virus aşkar ediblər. Bu patogenlər ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş