Hindistanda istilər səbəbindən sutkada azı 85 nəfər ölüb

Dünya

01.06.2024 - 14:30

Həkimlər Klinikalar SEO Xidməti

Ən çox ölüm halı Odişa ştatında qeydə alınıb

Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər havanın yüksək temperaturu səbəbindən ölüb.

AYNA bu barədə TACC-a istinadən xəbər verir.

Bununla belə, ən çox ölüm halı yüksək temperaturun yüksək rütubətlə daha da ağırlaşdığı Odişa ştatındadır.

Məlumata görə, Hindistanın şərq sahilində yerləşən bu ştatda istilərin 46 qurbanı qeydə alınıb, daha onlarla şəxs xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş