Baş nazir: "Dünən Avropa Birliyi və Hindistan arasında mühüm bir saziş imzalandı”
Hindistan və Avropa Birliyi (AB) Hindistan sənayesini və xidmətlərini inkişaf etdirəcək azad ticarət sazişinin mətni barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi deyib.
"Dünən Avropa Birliyi və Hindistan arasında mühüm bir saziş imzalandı. Bəziləri bunu model saziş adlandırır. Bu saziş Hindistan və Avropa xalqları üçün böyük imkanlar yaradacaq. Bu, dünyanın ən böyük iki iqtisadiyyatı arasında tərəfdaşlığın mükəmməl bir nümunəsidir. Bu saziş qlobal ÜDM-in 25%-ni və dünya ticarətinin üçdə birini əhatə edir", - deyə Modi Qoada keçirilən Hindistan Enerji Həftəsi Forumunun açılışında çıxış edərkən bildirib.
Baş nazir sazişin təfərrüatları barədə ətraflı məlumat verməyib və yalnız "Hindistan sənayesi AB ilə bu sazişdən böyük bir təkan alacaq və xidmət sektoru da inkişaf edəcək" söyləyib.
"Azad ticarət sazişi bütün investorlara və iş adamlarına inam verəcək, onları Hindistana investisiya qoymağa təşviq edəcək", - Modi əlavə edib.
Sazişin rəsmi imzalanma mərasimi yalnız bir neçə aydan sonra baş tutacaq: mətn əvvəlcə həm Hindistanda, həm də AB-də hüquqi baxışdan keçməlidir.