Hikmət Hacıyev görüşlər keçirib

Xəbərlər

02.06.2024 - 20:09

cedabet dərman SEO Xidməti

Prezidentin köməkçisi Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.

AYNA xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.

"Türk Dünyası bizim ailəmizdir!", - Prezidentin köməkçisi qeyd edib.

Hikmət Hacıyev görüşlər keçirib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş