Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb

Xəbərlər

15.10.2025 - 20:24

Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

“Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri doktor Günter Sautter ilə görüşdüm“.

AYNA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

O qeyd edib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub: “Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş