Həsən Ruhani: “Artıq pandemiyaya qalib gəlirik”

Dünya

01.04.2020 - 18:30

Həkimlər Klinikalar SEO Xidməti

İranda son 24 saat ərzində 138 insan virusun qurbanı olub və ölənlərin sayı 3666-a yüksəlib

 

İran prezidenti Həsən Ruhani koronavirusla mübarizədə karantin tədbirlərinə əməl edən vətəndaşlara təşəkkür edib və bütün əyalətlərdə yoluxma hallarının azaldığını söyləyib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani bu barədə bu gün keçirilən kabinet iclasındakı çıxışında bildirib.

 

“1 aprel tarixi hər il İranda təbiət günü kimi qeyd olunur. Lakin bu il təbiətin ictimai sağlamlığı üçün bu tədbirlər təxirə salınıb. Karantin tədbirlərinə əməl etdiklərinə görə, iranlılara təşəkkür edirəm. Bu gün ölkə daxilində təhlükəli epidemiyanın yoxa çıxdığını görürüksə, bu, xalqın dəstəyi sayəsindədir”, - deyə İran Prezidenti vurğulayıb.

 

Ruhani onu da əlavə edib ki, virusun yayılma sürəti bütün əyalətlərdə azalıb: “Bu mənim üçün sevindiricidir. Bu o deməkdir ki, həkimlərin, mütəxəssislərin və ictimaiyyətin seçdiyi yol düzgün olub”.

 

“Heç vaxt öz üsullarımızdan imtina etməməmişik. Virusun İranda yayılmağa başladığı ilk gündən Çinin tətbiq etdiyi karantin metodunu bizim də tətbiq etməyimizin lazım olduğunu söylədilər. Çində bütün iş yerləri bağlandı, nəqliyyat tamamilə dayandı, insanlar küçələrə çıxmadı və 24 saat ərzində məmurlar tərəfindən ərzaq yarıdımı edildi. Lakin Çində tətbiq olunan bu karantin dünyada bəyənilmədi və heç bir ölkədə tətbiq olunmadı. Elə biz də Çin modelindən istifadə etmədik. Hətta bəzi Avropa ölkələri ilk günlərdə bu modeli tətbiq etsə də, sonradan imtina etdilər”, - İran dövlət başçısı bildirib.

 

Qeyd edək ki, İranda son 24 saat ərzində 138 insan virusun qurbanı olub və ölənlərin sayı 3666-a yüksəlib. 47 min 593 adam isə hazırda virusla mübarizə aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş