Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – FOTOLAR

Xəbərlər

19.07.2024 - 13:55

cedabet dərman SEO Xidməti

Bu il altı media nümayəndəsi mükafata layiq görülüb

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın 149-cu ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimatını edib. AYNA xəbər verir ki, mükafata bu il 6 media nümayəndəsi layiq görülüb.

Bu il “Zərdabi” mükafatı jurnalistlər - Müsəllim Həsənli, Nadir Məmmədli , Zöhrə Əliyeva, Qafqaz Əvəzoglu, Elşad Paşasoy və Anar Turana verilib.

Mükafatları AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və “PressKlub”un rəhbəri Arif Əliyev, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı sahiblərinə təqdim ediblər.

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür ediblər.

Təltif olunan jurnalistlər təəssüratlarını bölüşüb, belə bir mükafata layiq görülmənin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir.

Xatırladaq ki, "Zərdabi" mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub – Həsən bəy Zərdabi adına mükafat təqdim olunub –
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş