Hərbi attaşelər HHQ-nin hərbi hissəsində olublar - VİDEO

Xəbərlər

13.02.2026 - 23:58

Tədbirdə 18 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən AYNA.AZ-a verilən xəbərə görə, hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib və brifinq təqdim olunub.

Qeyd edək ki, tədbirdə 18 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş