Hərbçilərin maaşları artırılıb

Xəbərlər

27.01.2025 - 19:18

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev Fərman imzalayıb

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş