Hərbçilərimiz Türkiyədə təlim kursu keçiblər - FOTO

Xəbərlər

24.04.2022 - 17:08

“Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” uğurla həyata keçirilib

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 “Quru Qoşunlarının Təlimlərə Nəzarət Mərkəzi Komandanlığında azərbaycanlı qardaşlarımızın iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” uğurla həyata keçirilib”, - deyə məlumatda vurğulanıb.

Hərbçilərimiz Türkiyədə təlim kursu keçiblər - Hərbçilərimiz Türkiyədə təlim kursu keçiblər - Hərbçilərimiz Türkiyədə təlim kursu keçiblər -
Müəllif: Ayna.az