Hər torpaq sahəsinin öz təyinatı var: Ev tikəndə diqqətli olun!

Cəmiyyət

13.09.2021 - 10:32

Həkimlər Klinikalar SEO Xidməti

Elnur Azadov: “Bilmək lazımdır ki, müasir tələblər əvvəlkilərdən daha sərtdir”

Bir sıra hallarda vətəndaşlar ev qurduqdan sonra elektrik, qaz, su-kanalizasiya xəttinə qoşulmaqda problemlərlə qarşılaşırlar. Bəs bu problemlə üzləşməmək üçün nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, Şəhərsalma və Arxitektura Komitəsinin qanunvericiliyinə görə, hər bir torpaq sahəsinin öz təyinatı var:

“Vətəndaşlar bir çox hallarda düşünürlər ki, istənilən torpaq sahəsində fərdi ev tikintisinə icazə verilir. Məsələn, hansısa büdcəsi az olan şəxs düşünür ki, gedib müəyyən bir ərazidə, çox sayda evlərin tikildiyi yerdə ev qura bilərəm. Lakin Şəhərsalma və Arxitektura Komitəsinin müəyyən qanunvericiliyinə görə, hər bir torpağın öz təyinatı var. Yəni şəhərsalma prinsiplərinə əsasən, şəhərlər, qəsəbələr salınarkən əvvəldən torpağın təyinatı yaşayış, kənd təsərrüfatı və s. üçün nəzərdə tutulmaqla ayrılır. Buna görə də, deməli, vətəndaş yaşayış üçün nəzərdə tutulmuş ərazidə ev tikməlidir”.

Ekspert qeyd edib ki, vətəndaşlar torpaq alarkən mütləq çıxarışla almalıdırlar: “Bəzi hallarda bələdiyyə sənədləri, sərəncamlarla alınır. Buna heç bir halda yol vermək olmaz. Bilmək lazımdır ki, müasir tələblər əvvəlkilərdən daha sərtdir. İlk olaraq qeyd olunmalıdır ki, həmin torpağın təyinatı yaşayış üçün nəzərdə tutulan ərazidəndir, ya yox”.

“Yaxşı olardı ki, bu sahədə müvafiq ekspertləri, hüquqşunasları cəlb etsinlər. Hətta bir çox hallarda biz görürük ki, əmlak işi ilə məşğul olan “maklerlər” də bunu dərindən bilmirlər”, - deyə ekspert vurğulayıb.

Azadov qeyd edib ki, vətəndaşlar yaxşı olar ki, hətta torpağı almazdan öncə mülkiyyət hüququ əldə etsinlər: “Bunun üçün də vətəndaşlar alqı-satqıdan öncə həmin torpağın sürətini əldə etməlidirlər. Sürəti ilə müvafiq ərazi üzrə icra hakimiyyətinə müraciət etsinlər”.

“Belə bir tövsiyə edə bilərəm ki, layihə smeta büroları var, onların fiziki və ya hüquqi şəxslərin 12 metrə qədər layihələndirmə hüquqları var. Yəni həmin təşkilatlara həmin sənədlər verilir, onlar eskiz sənəd çıxarır, həmin eskiz sənədlə yerli icra hakimiyyətinə müraciət olunur. 2 həftə ərzində onlara bildiriş gəlir ki, bu torpaq sahəsində bu kimi evin tikintisinə bu layihə üzrə icazə var, yoxsa yox. Nöqsanlar qeyd olunur. Nə zaman ki, həmin layihə üzrə təsdiq gəlir, bu zaman vətəndaş gedib xüsusi mülkiyyətdə olan torpaqda həmin layihə üzrə ev tikir”, - deyə ekspert fikrini davam etdirib.

Azadov bildirib ki, evi tikdikdən sonra artıq onun qeydiyyata alınmasından ötrü müvafiq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edilir: “Ərazi müfəttişləri gəlirlər, onun layihə üzrə faktiki evin tikintisinə olub-olmadığını qeydə alıb bundan sonra həmin vətəndaşın topağı da, tikdiyi ev də mülkiyyətli olur. Mülkiyyətli olduqdan sonra ünvan verilir və vətəndaş tikdiyi evə su, qaz, işıq üçün əraziə ilə müraciət edir. Ünvanı olduqdan sonra fərdi yaşayış üçün əldə etdiyi çıxarışdan sonra onun heç bir kommunikasiya ilə bağlı problemi olmayacaq”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş