Heqset: "İranın bütün ballistik raket istehsal potensialı məhv edilib"

Dünya

13.03.2026 - 21:20

“Bu raketlər üçün istənilən komponent istehsal edən hər bir şirkət faktiki olaraq məhv edilib”

ABŞ müdafiə naziri Pit Heqset İrana edilən zərbələrin ölkənin ballistik raket istehsal potensialını məhv etdiyini iddia edib. AYNA.AZ xəbər verir ki, Heqset bu açıqlamanı Pentaqonda jurnalistlər üçün keçirilən brifinqdə verib.

"İranın bütün ballistik raket istehsal potensialı məhv edilib. Bu raketlər üçün istənilən komponent istehsal edən hər bir şirkət faktiki olaraq məhv edilib. İrandakı binalar, komplekslər və zavod xətləri məhv edilib. Biz onların hələ də ehtiyatda olan bütün raketlərini vurub məhv edirik", - deyə Pentaqon rəhbəri bildirib.

Heqset həmçinin İranın yeni Ali Rəhbərinin yaralandığını və ehtimal ki, “eybəcər hala düşdüyünü” bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş