Hərəkat mövcud atəşkəsin şərtlərinə uyğun olaraq həbsdə olan israilli əsirləri azad edə biləcəyini bildirib
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsi daha 4 gün uzatmağa hazırdır. AYNA xəbər verir ki, bu barədə AFP hərəkata yaxın mənbəyə istinadən məlumat yayıb.
“HƏMAS vasitəçilərə atəşkəsi dörd gün uzatmağa hazır olduğunu və mövcud atəşkəsin şərtlərinə uyğun olaraq həbsdə olan israilli əsirləri azad edə biləcəyini bildirib”, - deyə agentliyin mənbəsi bildirib.
Bundan əvvəl hərəkatın Siyasi Bürosunun üzvü Qazi Həməd bildirmişdi ki, HƏMAS Qəzzada İsraillə atəşkəsi uzatmaq istəyir və bunun üçün danışıqlarda bütün mövcud imkanlardan istifadə edir.