10 girovun azad edilməsi üçün Qəzzada atəşkəs bir gün uzadılacaq
Qəzza zolağında atəşkəs hər on girovun azad edilməsi şərti ilə bir gün uzadılacaq. AYNA xəbər verir ki, Fələstinin radikal HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan “LBCI” telekanalına müsahibəsində belə deyib.
"Atəşkəs girovların hər on nəfəri üçün bir gün uzadılacaq", - deyə Həmdan vurğulayıb.
Əvvəllər HƏMAS atəşkəsin 2-4 gün müddətinə uzadılmasına razı olduğunu açıqlayıb və 20-dən 40-a qədər israilli əsirin azad edilməsini mümkün hesab edib.