HƏMAS Qəzza razılaşmasını davam etdirmək üçün vasitəçilərlə razılığa gəlib

Dünya

13.02.2025 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

HƏMAS və İsrail arasında saziş humanitar yardım və yanacaq müqabilində “orijinal formada” saxlanılacaq

Fələstinin radikal HƏMAS hərəkatı Misir vasitəçiləri ilə Qəzza zolağında İsraillə atəşkəsi qorumaq və girovlarla bağlı razılaşmanı bərpa etmək üçün razılığa gəlib. AYNA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Nəşr qeyd edir ki, HƏMAS və İsrail arasında saziş humanitar yardım və yanacaq müqabilində “orijinal formada” saxlanılacaq.

Qəzzaya çatdırılmalar cümə axşamı günü həyata keçirilməlidir, bundan sonra HƏMAS şənbə günü azad ediləcək üç girovun adlarını açıqlayacaq.

Fevralın 10-da HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubaida bildirib ki, fevralın 15-də vətənə dönməli olan yeni girovlar qrupunun azad edilməsi təxirə salınıb. Hərəkat hesab edir ki, İsrail “anklavın cənubundan şimala köçkünlərin geri qayıtmasını gecikdirərək, qəzzalılara atəş açaraq və lazımi miqdarda bütün növ humanitar yardımın çatdırılmasına imkan verməyərək” razılaşmanın şərtlərini pozub. Fevralın 11-də İsrailin Baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, “HƏMAS fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, Qəzzada intensiv döyüşlər yenidən başlayacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş