HƏMAS İsraillə razılaşmadan imtinanın səbəbini açıqlayıb

Dünya

19.08.2024 - 09:57

Həkimlər Klinikalar SEO Xidməti

Hərəkat Təl-Əvivin irəli sürdüyü “yeni şərtlərə görə” İsraillə atəşkəs razılaşmasından imtina edib

Fələstinin radikal HƏMAS hərəkatı Təl-Əvivin irəli sürdüyü “yeni şərtlərə görə” İsraillə atəşkəs razılaşmasından imtina edib. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qrupun bəyanatında deyilir: “Biz İsrailin Baş naziri Benyamin Netanyahunu vasitəçilərin səylərinin qarşısını almaq və razılaşmanın əldə olunmasının qarşısını almaq üçün tam məsuliyyət daşıdığını bildiririk”.

“Kan” telekanalının məlumatına görə, İsrailin Baş naziri Filadelfiya dəhlizi - Misirin Qəzza zolağı ilə sərhədindəki dar ərazi ətrafında yaranan problemə görə HƏMAS-la kompromis əldə etməyin mümkünsüzlüyünü açıqlayıb. Təl-Əviv danışıqlarda bu ərazinin öz nəzarəti altında qalmasını tələb edir. Fələstin hərəkatı isə bu tələbi “qəbuledilməz” adlandırır.

Avqustun 17-də “The New York Times” (NYT) öz mənbələrinə istinadən yazıb ki, İran hakimiyyəti HƏMAS nümayəndələri ilə atəşkəslə bağlı danışıqlara görə İsrailə zərbəni təxirə salmaq qərarına gəlib. İranın HƏMAS lideri İsmayıl Haniyənin məhv edilməsinə cavab olaraq İsrailə zərbə endirmək fikrindən əl çəkmədiyi vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş