HƏMAS İsrailin atəşkəs təklifini nəzərdən keçirir

Dünya

03.05.2024 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

“Təqdim olunan sənəddə ikimənalı şərh oluna biləcək ümumi ifadələr var”

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağlında atəşkəs rejimi və girovlarla bağlı İsrailin Misirlə birgə hazırladığı saziş layihəsini nəzərdən keçirir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə hərəkatın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi deyib.

“HƏMAS razılaşma ilə bağlı təklifləri ciddi şəkildə nəzərdən keçirdir, lakin nəticə çıxarmaq üçün hələ tezdir. Təqdim olunan sənəddə ikimənalı şərh oluna biləcək ümumi ifadələr var”, Hadi bildirib.

Hadi qeyd edib ki, İsrailin Rəfah şəhərində yerüstü əməliyyata başlamaq planları var: “Baş nazir Benyamin Netanyahu müharibəni qismən dayandırmaq istəsə də, onu uzatmağa çalışır. Rəfaha hücum təhdidi isə müqavimətə təzyiq məqsədi daşıyır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş