HƏMAS Haniyənin mümkün varisinin adını açıqlayıb

Dünya

01.08.2024 - 15:04

cedabet dərman SEO Xidməti

Xalid Meşal Haniyədən sonra HƏMAS Siyasi Bürosunun yeni rəhbəri ola bilər

Sui-qəsddən sağ çıxan Xalid Meşal Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun yeni rəhbəri və mərhum İsmayıl Haniyənin varisi ola bilər. AYNA xəbər verir ki, bu barədə Fələstin hərəkatındakı mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“HƏMAS mənbələri bildiriblər ki, qruplaşmanın ali lideri vəzifəsinə İsmayıl Haniyənin yerinə Meşalın seçiləcəyi gözlənilir”, - nəşr yazıb.

Agentliyin məlumatına görə, Meşal 1997-ci ildə HƏMAS-ın sürgündə olan siyasi lideri olarkən sui-qəsd cəhdindən sağ çıxmaqla məşhurlaşıb. İsrail agentləri Meşalın İordaniyadakı ofisinin yaxınlığında olarkən onu zəhərləməyə cəhd ediblər.

HƏMAS Siyasi Bürosunun rəhbəri iyulun 31-nə keçən gecə İsrailin raket hücumu nəticəsində Tehranda həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş