HƏMAS ən məşhur girovun başını kəsib

Dünya

30.10.2023 - 18:56

cedabet dərman SEO Xidməti

İsrail Prezidenti HƏMAS tərəfindən qaçırılan alman qadın Şani Lukun başının kəsildiyini bildirib

İsrail Prezidenti İshaaq Hersoq HƏMAS-ın ən məşhur girovu Şani Lukun başının kəsildiyini bildirib. AYNA xəbər verir ki, Prezidentin sözlərini “Welt” yazıb.

“Onun kəllə sümüyü tapılıb. Bu o deməkdir ki, bu vəhşi, sadist heyvanlar sadəcə onun başını kəsiblər”, - dövlət başçısı bildirib.

22 yaşlı alman qadının HƏMAS-ın hücumundan sonra itkin düşdüyü bildirilir.

Prezidentin sözlərinə görə, 40-a yaxın cəsədin şəxsiyyəti hələ də müəyyən edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş