“Ədliyyə Nazirliyi ilə TƏBİB birlikdə mübarizə tədbirlərini genişləndirir”
“Hüququ şəxslər, şirkətlər, təşkilatlar qaydalara əməl etməlidir. Bu mənada qaydaları pozan təşkilatlar intibati cəzalarını alacaq”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Bildirib ki, təhlükəsizlik qaydalarını pozan Bakı Tikiş Evində birdən-birə 64 nəfərdə, “Baku Steel Company” şirkətində 48 işçidə Covid-19 aşkarlanıb.
“Həmçinin, həbsxanalarda da kütləvi yoluxma halları aşkarlanıb. İndiyədək 46 məhkumda yoluxma faktı qeydə alınıb. Ədliyyə Nazirliyi ilə TƏBİB birlikdə mübarizə tədbirlərini genişləndirir”, - Bayramlı vurğulayıb.