Həbs olunmuş şəxsin gizlətdiyi silah tapılıb

Xəbərlər

16.10.2025 - 11:06

"Makarov", 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Ədliyyə Nazirliyindən AYNA.AZ-a verilən xəbərə görə, əməliyyat nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş