Meşə yanğınları avqustun ayının 9-da başlayıb
Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə qubernator Coş Qrin CNN telekanalında bildirib.
Bundan əvvəl 96 nəfərin öldüyü deyilirdi.
Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb. Havay adalarında baş verən yanğınlar ABŞ-də ötən əsrin ən ölümcül hadisəsi olub. Havay adalarının qubernatoru Coş Qrin ştatın tarixində "ən böyük təbii fəlakət" nəticəsində dəyən ziyanın 6 milyard dollar olduğunu deyib.