Havanın temperaturu 3-5 dərəcə enəcək- <font color=red> XƏBƏRDARLIQ</font>

Cəmiyyət

15.12.2020 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var

 

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

 

Xidmətdən AYNA-ya verilən məlumata görə, dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

 

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş