Son 7 ayda sayımız 278 min nəfər artıb

Cəmiyyət

16.09.2019 - 13:31

Hazırda ölkə əhalisinin bir kvadrat kilometrə düşən sayı 116 nəfərdir

 

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq, 2019-cu il avqust ayının 1-nə olan olan statistikaya görə, 10 milyon 278 min 74 nəfərə çatıb. 

 

Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, həmçinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

 

Hazırda ölkə əhalisinin bir kvadrat kilometrə düşən sayı 116 nəfərdir.

Müəllif: Ayna.az