Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 11-də bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında
Fevralın 11-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.