Hava sabah da küləkli olacaq

Xəbərlər

22.08.2020 - 14:16

cedabet dərman SEO Xidməti

Azərbaycanda 23 avqustda gözlənilən hava şəraiti açıqlanıb

 

Azərbaycanda 23 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, 23 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20,  gündüz  21-24, Bakıda  gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm  civə sütununa  yüksələcək,  nisbi rütubət 70-80 faiz olacaq.  

 

Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək, axşam mülayimləşəcək.

 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

 

23 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz  7-11 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş