“Co, tarixi rəhbərliyinizə və millətimizə ömürlük xidmətinizə görə təşəkkür edirəm”
ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd, hazırkı vitse-prezident Kamala Harris partiyanın İllinoys ştatının Çikaqo şəhərində keçirilən milli qurultayında planlaşdırılmamış çıxış edib. AYNA xarici mediaya istinadən bildirir ki, avqustun 19-da ABŞ-ın vitse-prezidenti müraciətində onun xeyrinə seçki yarışında iştirakdan imtina edən Ağ Evin rəhbəri Co Baydenə təşəkkür edib.
“Co, tarixi rəhbərliyinizə və millətimizə ömürlük xidmətinizə görə təşəkkür edirəm. Biz sizə sonsuz minnətdarıq”, - Harris bildirib.
"Gəlin əziz tutduğumuz ideallar uğrunda mübarizə aparaq və həmişə xatırlayaq ki, mübarizə apararkən qalib gəlirik", deyə Harris vurğulayıb.
Salonda olanlar “ABŞ”, “Səs veririk, qalib gəlirik” yazıları olan plakatları yelləyiblər.
Qeyd edək ki, Harrisin əsas çıxışı avqustun 22-nə planlaşdırılıb.