Proqramda əsas diqqət qiymətlərin aşağı salınması və iqtisadiyyatın gücləndirilməsi tədbirlərinə yönəldiləcək
ABŞ-ın vitse-prezidenti və prezidentliyə Demokratlar Partiyasının namizədi Kamala Harris gələn həftə seçki platformasını açıqlayacaq. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Prezidentliyə namizəd qeyd edib ki, proqramda əsas diqqət iqtisadiyyata, qiymətlərin aşağı salınması və iqtisadiyyatın gücləndirilməsi tədbirlərinə yönəldiləcək.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı Prezident Co Baydenin təmsil edəcəyi güman edilirdi. Lakin iyulun 21-də o, yenidən dövlət başçısı seçilməkdə iştirak etməyəcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan edib.