Türkiyə ABŞ-ı İsrailin “soyqırımının ortağı” olmamağa çağırır
ABŞ Qəzza münaqişəsində İsrailə təzyiq etməli və onun “soyqırımda ortağı” olmamalıdır. AYNA “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Əgər bu qırğını dayandırmasaq, cinayətin ortağı olacağıq, ona görə də hər cür yardım göstərməyə, təzyiqləri artırmağa çalışmalıyıq. Qərb ölkələri, xüsusən də ABŞ susqunluğunu pozmalı və İsrailə təzyiq göstərməlidir. Əks halda onlar onun soyqırımda tərəfdaşlarına çevriləcəklər”, - Türkiyənin baş diplomatı Misir-Fələstin sərhədindəki Rəfah keçid məntəqəsinə səfəri zamanı bildirib.
Fidan həmçinin humanitar konvoyların tutumunun az olduğuna işarə edərək, mövcud vəziyyətin insan faciəsi olduğunu vurğulayıb.