Haiti ziyanları kompensasiya etmək üçün Fransadan təzminat tələb edir
Haiti müstəqillik dövründə ölkəyə vurduğu ziyanları kompensasiya etmək üçün Fransadan təzminat tələb edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin keçid Prezident Şurasının sədri Edqar Leblan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Çıxış BMT-nin saytında yerləşdirilib. Leblanın fikrincə, Haiti “dünyanın ilk müstəqil qaradərili ölkəsi” idi, lakin onun inkişafına suverenliyin tanınması üçün fidyə tələb edən Fransa mane oldu və bu da ölkəni “yoxsulluğun pis dairəsinə” sürüklədi.
Karib hövzəsi ölkələrinin lideri Parisi mənəvi və tarixi borcunu tanımağa və Haiti xalqına “ədalətsiz keçmişin görünməz buxovlarından” xilas olmağa imkan verəcək lazımi təzminatları həyata keçirməyə çağırıb.