Hacıqabulda evdə partlayış olub, xəsarət alan var

Hadisə

24.02.2025 - 22:19

Həkimlər Klinikalar SEO Xidməti

Yanıq xəsarətləri alan İlqar Bədəlov xəstəxanaya yerləşdirilib

Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1980-ci il təvəllüdlü Bədəlov İlqar Arif oğlu evdə iş görərkən partlayış olub.

Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş