Hacıqabul polisi əməliyyat keçirib

Xəbərlər

23.10.2024 - 17:09

cedabet dərman SEO Xidməti

Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb: sənədləri olmayan ov tüfəngləri aşkarlanıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Araz Talıbov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, onun yaşadığı ünvandan 2 kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə A.Talıbov tərəfindən kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bundan başqa, şöbə əməkdaşları tərəfindən son günlərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 10 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş