Gürcüstanın Seçki Məcəlləsi dəyişdirildi

Dünya

29.06.2021 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Sənədi 86 deputat dəstəkləyib, 3 deputat əleyhinə səs verib

 

Gürcüstan Parlamentinin iclasında seçki islahatları ilə bağlı Seçki Məcəlləsinə təklif olunan qanun layihəsi qəbul edilib. AYNA qonşu ölkə mediasına istinadən xəbər verir ki, sənədi 86 deputat dəstəkləyib. Üç deputat isə layihənin əleyhinə səs verib.

 

Seçki Məcəlləsinə edilən düzəlişlərə əsasən, Mərkəzi Seçki Komissiyasının tərkibi yeni qayda ilə təşkil ediləcək. Səsvermədə elektron texnologiyalar tətbiq ediləcək və təbliğat-təşviqat kampaniyasında inzibati resursların istifadəsi qadağan olunacaq. Bundan əlavə, səsvermə günü namizədlər seçki məntəqələrindən ən azı 100 metr uzaqda olmalıdırlar. Bələdiyyə Məclisinə majoritar namizədlər üçün baryer 40 faiz nəzərdə tutulub.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş