İrakli Kobaxidze qərarını brifinqdə elan edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Giorgi Xadjayunu Rusiya ilə münasibətlər üzrə yeni müşavir təyin edib. AYNA TASS-a istinadən xəbər verir ki, Kobaxidze qərarını brifinqdə açıqlayıb.
“Cənab Giorgi Xadjaya Baş nazirin Rusiya ilə münasibətlər üzrə müşaviri təyin edilib”, - Gürcüstanın Baş naziri bildirib.
Kobaxidze həmçinin deyib ki, Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış Zurab Abaşidze hökumət başçısının müşaviri olub.