Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə danışıqlar bu il başlaya bilər

Dünya

30.07.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir: “Ukraynada müharibə nə qədər tez bitsə, Gürcüstan bir o qədər tez Avropaya inteqrasiya yolu ilə gedəcək”

“Gürcüstanın Avropa İttifaqına daxil olması üzrə danışıqlar 2024-cü ildə başlaya bilər, lakin Ukraynadakı münaqişəyə görə bu ehtimal azdır”. AYNA xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, Ukraynada müharibə nə qədər tez bitsə, Gürcüstan bir o qədər tez Avropaya inteqrasiya yolu ilə gedəcək.

Bundan əvvəl Gürcüstan Parlamentinin müxalif deputatları “Xarici agentlər” haqqında qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıblar. Onların fikrincə, qanun Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirlərin görülməsinin vacibliyini qeyd edən Konstitusiyaya ziddir.

İyul ayında “Xarici agentlər” haqqında qanunun qəbulu fonunda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstanın birliyə inteqrasiyasının dayandırıldığını elan edib. Bundan əlavə, Aİ Respublikanın Müdafiə Qüvvələrinə dəstək üçün ayrılan 30 milyon avronu dondurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş