Gürcüstanda yoxsul ailələrin sayı azalıb

Dünya

27.08.2023 - 18:12

cedabet dərman SEO Xidməti

Ən çox yoxsul ailə Tbilisidə yaşayır

2023-cü il yanvarın 1-dən avqustun 1-dək olan statistikaya görə, Gürcüstanda yoxsul ailələrin sayı 10,3% azalaraq 132,7 min nəfər təşkil edib. AYNA xəbər verir ki, bu barədə gürcü mediası Statistika İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, ümumilikdə, 2023-cü il avqustun 1-nə dövlətin müavinəti ilə yaşayan yoxsul ailələrin faizi Gürcüstanda ailələrin ümumi sayının 16,7%-ni təşkil edib. Bununla yanaşı, 2023-cü il yanvarın 1-dən avqustun 1-dək yoxsulluq həddində yaşayan ölkə vətəndaşlarının ümumi sayı 11,1% azalaraq 470 min nəfərə yaxın olub.

Yoxsul vətəndaşların ümumi sayından 181,4 min nəfəri yetkinlik yaşına çatmayanlar, 48,5 min nəfəri isə 6 yaşadək uşaqlardır. Yoxsulluq həddində yaşayan daha 85,2 min nəfər pensiyaçılardır.

Ən çox yoxsul ailə Tbilisidə - 34,1 min, Kvemo Kartlidə - 19,7 min, İmeretidə - 14,9 min nəfər yaşayır. Belə ailələrin ən az sayı Mtsxeta-Mtianeti (3,1 min) və Samtsxe-Cavaxeti (3,3 min) bölgələrindədir.

Eyni zamanda, Tiflisdə hər yeddinci ailə yoxsulluq həddində, Şida Kartli, Sameqrelo-Zemo Svaneti, Quriya və Kvemo Kartlidə hər altıncı, Raça-Leçxumi və Kvemo Svaneti regionunda isə hər üçdə bir ailə yaşayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş