Gürcüstanda “xarici agentlər"in qeydiyyatı üçün reyestr yaradılıb

Dünya

30.07.2024 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Ədliyyə Nazirliyi “Xarici agentlər” haqqında qanuna əsasən təşkilatların qeydiyyatı üçün reyestr yaradıb

Gürcüstanın Ədliyyə Nazirliyi “Xarici agentlər” haqqında parlamentin qəbul etdiyi qanuna uyğun olaraq təşkilatların qeydiyyatı üçün reyestr yaradıb. AYNA Gürcüstanın “Business media” nəşrinə istinadən bildirir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze brifinq zamanı deyib.

Onun sözlərinə görə, avqustun 1-dən “xarici agent” kriteriyalarına düşən təşkilatlar müvafiq bəyannamələr təqdim edə biləcəklər.

Qeyd edək ki, iyulun 29-da Gürcüstan Parlamentinin müxalif deputatları “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb. Bundan əvvəl ölkə Prezidenti Salome Zurabişvili də analoji iddia qaldırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş