Qrupun bəzi üzvləri qaçmağı bacarıb: bir nəfər turistlər tərəfindən xilas edilib
Gürcüstandakı Tetnuld zirvəsində Rusiya vətəndaşlarının da daxil olduğu bir qrup turist qar uçqunu altında qalıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, xilasetmə xidmətləri onların axtarışını aparırlar.
Məlumata görə, qrupun bəzi üzvləri qaçmağı bacarıb, bir nəfər isə digər turistlər tərəfindən xilas edilib.
Digər turist isə qardan huşsuz vəziyyətdə çıxarılıb. Onun vəziyyəti barədə hələlik məlumat yoxdur. Hazırda uçquna düşmüş insanların sayı müəyyən edilir.