"Qırmızı Körpü" gömrük postunda spirtli içki və ərzaq məhsulları aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD" markalı avtobus saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtobusun arxa pilləkəninin içərisində gömrük nəzarətindən gizlədilən 80 kq sosiska, 5 kq qaxac olunmuş ət və 36 litr çaxır aşkarlanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.