Gürcüstan Prezidenti: “Putinizmin bütün formalarını məğlub edirik”

Dünya

27.02.2023 - 00:29

cedabet dərman SEO Xidməti

Salome Zurabişvili: “Azad Gürcüstan heç kimin məğlub edə bilməyəcəyi Gürcüstandır”

Sovet İşğalı Günü ilə əlaqədar Gürcüstan Prezidentinin Orbeliani sarayındakı iqamətgahında gənc gürcü rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

AYNA gürcü mediasına istinadən bildirir ki, Prezident Administrasiyasından verilən məlumatda qeyd olunub ki, faciəli 25 fevral gününə həsr olunmuş sərgi təkcə gürcü dövlətçiliyinə qarşı mübarizədə deyil, həm də gürcü mədəniyyəti və ümumən yaradıcılıq azadlığı ilə düşmənin məğlubiyyətini nümayiş etdirmək üçün nəzərdə tutulub.

Gürcüstan Prezidenti Salome Zurabişvili sərgi iştirakçılarına və ziyarətçilərə müraciət edib.

“Bu, çox çətin gündür, amma ən başlıcası mübarizəni davam etdirməkdir. Biz işğala və əsarətin bütün formalarına qarşı hər vasitə ilə mübarizə aparmalıyıq, təkcə müharibə ilə, silahla deyil. Burada ən güclü silah azadlıqdır. Bizim ən böyük gücümüz azadlıq, azad düşüncə, azad beyindir. Bununla biz Putinizmin bütün formalarını məğlub edirik, çünki insan bunun üçün doğulur, nə üçün yaşayır.

Ona görə də mən çox şadam ki, biz bu gün azad düşüncəli, azad mübarizə aparan, azad düşünən bütün insanların üzünə bu qapıları açmışıq. Azad Gürcüstan heç kimin məğlub edə bilməyəcəyi Gürcüstandır”, - deyə Prezident müraciətində vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş