Gürcüstan ötən il turizmdən rekord gəlir əldə edib

Dünya

21.01.2026 - 15:54

Ötən ilin dördüncü rübündə səyahət gəlirləri 9,2 faiz artaraq 1 milyard 52,4 milyon dollar olub

Ötən 2025-ci ildə Gürcüstanın turizm gəlirləri illik 6 faiz artaraq rekord həddə - 4 milyard 690,2 milyon dollara çatıb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il turizm sənayesi üçün gəlir baxımından rekord il olub.

Belə ki, ötən ilin dördüncü rübündə səyahət gəlirləri 9,2 faiz artaraq 1 milyard 52,4 milyon dollar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş