“Avronest antidemokratik davranışı təşviq edir və zorakı və ya radikal siyasi gündəmləri haqlı çıxarır"
Gürcüstan 28-30 oktyabr tarixlərində Yerevanda keçiriləcək Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında iştirakdan imtina edib.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Gürcüstan Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili Avronest rəhbərliyinə açıq məktub ünvanlayaraq qərarı bəzi Avropa Parlamentinin üzvlərinin düşmənçilik ritorikasının və Tiflisdəki etiraz aksiyalarında iştirakının qarşılıqlı hörmət prinsiplərinə zidd olduğunu və parlament diplomatiyasının hüdudlarından kənara çıxdığını iddia edib.
Məktubda o Avropa Parlamentinin Avronest PA-dakı bəzi üzv ölkələrin parlamentarilərinin "ölkədə ictimai iğtişaşları, radikallaşmanı və zorakılığı təşviq edən" açıqlamalar verdiyini qeyd edib.
Məktubda deyilir: "Bu şəxslər üçün platforma təmin etməklə Avronest antidemokratik davranışı təşviq edir və zorakı və ya radikal siyasi gündəmləri haqlı çıxarır".