4 qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33 faiz səs toplaya bilib
Gürcüstanda parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası qalib gəlib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) açıqlama verib. Bildirilib ki, 3 018 (97,011%) seçki məntəqəsində səsləri hesablanıb.
Nəticəyə əsasən, “Gürcü ARzusu” 54,24 faiz səs toplayıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib.
4 qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33 faiz səs toplaya bilib.