Bolqarıstanın Samokov şəhərində 17 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir
Bolqarıstanın Samokov şəhərində 17 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
AYNA.AZ “İdman.biz”ə istinadən bildirir ki, 48 kq çəki dərəcəsində yarışan həmyerlimiz Hüseyn Rzazadə ukraynalı güləşçi Volodimir Boyko ilə qarşılaşıb. Rzazadə rəqibini məğlub edərək Avropa çempionu olub.
Abbas Şəfiyev (55 kq) Macarıstan təmsilçisi Kirill Şumeykoya 13:7 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.