“Gül bağı”nda nöqsanlar aşkarlanıb

Xəbərlər

03.10.2025 - 23:06

Xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları vətəndaş müraciəti əsasında Şirvan şəhərinin 1 May küçəsində yerləşən, sahibkar Cavid Qardaşxan oğlu Seyfullayeva məxsus “Gül bağı” restoranında yoxlama aparıblar. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd edilib ki, yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş