Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəbərlər

07.02.2024 - 22:19

Hava şəraiti ilə bağlı xəbərdarlıq olunub

Sabah ölkə ərazisində güclü külək əsəcək. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş