Göygölün mərkəzində qəza

Hadisə

19.10.2025 - 10:54

Ər və arvadı maşın vurub

Göygöldə iki piyadanı maşın vurub. AYNA.AZ “Modern.az”a istinadən bildirir ki, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Rayon sakinləri - 1950-ci il təvəllüdlü N.Mirzəyev və daha bir qadın yolu keçən zaman onları avtomobil vurub.

Onlar xəstəxanaya çatdırılıb. Dərhal xəstələrə yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, xəsarət alanlar ər və arvad olub.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş