Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Avqustun 15-də saat 04 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Göyçay Rayon Prokurorluğundan AYNA-ya bildirilib ki, araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.